Yapon ləkə maskası

Bugün sizlərə yapon  qızlarının  istifadə etdiyi ləkəsiz, tərtəmiz və ən əsası dərinin cavan qalmasının səbəbi olan maskanın reseptini verirəm.

Lazım olanlar:

2\3 x\q düyü
1x\q süd
1x\q bal

Necə hazırlanır?

İlk öncə düyünü bir qabda qaynadırıq. Azacıq bişdikdən sora soyuq su ilə yuyuruq. Daha sonra  üzərinə ilıq südü və balı  əlavə edib qarışdırırıq.

Necə istifadə olunur?

Makanı əlimizlə üz və boyun hissəsinə çəkirik. 20\25 dəqiqə saxlayırıq. Maskanı 4 gün soyuducuda saxlayıb hər gün istifadə edə bilərsiz. İlk gündən üzdə olan ağarmanı,dərinin dartıldığını və ləkələrin azaldığını görəcəksiz.

QEYD: Kürəyində və sinəsində ləkələri olanlar istifadə edə bilər.


Hiç yorum yok

Blogger tarafından desteklenmektedir.