agda
alexcadrit>maska reseptleri
asan maskalar
jilet
lazer
lipucka
maska
qadinlar
qizlar
Sugaring
tuklerden azad olma
Tüklərdən azad olmaq üçün hansı yolu seçməli?
21ci əsrdə tüklərdən azad olmaq üçün müxtəlif üsullar mövcuddur. Bəs hansı yol daha yaxşıdır?Hansı yol daha münasibdir. Bugün ki postumuzda bundan danışacıq.
Jilet
Ağrısız olduğu üçün 70-80% qadın bu üsülu seçir. Tükləri kökündən təmizləmir. Tüklərin çıxma müddəti 3 \5 gündür. Daha yumşaq dəri üçün duş geli və ya balizam çəkib daha sonra jiletdən istifadə edin.
Lipuçka
Türklərin məşhur ağdası.Əritmə və kartic şəklində olur. Qiyməti olduqca münasibdir. Tükləri kökündən təmizləyir. Nazik və yumşaq halda çıxarır. Kartic halında olanlar aparatın içində əriyir,ərimə müddəti15\20 dəqiqədir. Tuklərin bitmə istiqamətinə doğru çəkilir, salfetka da həmən istiqamətə çəkilir və tüklərin əksinə doğru qoparılır. Tüklərin çıxma müddəti 1\3 həftə ərzində dəyişir.
Sugaring
Şəkərli qarışım. Hazır ala biləcəyiniz və evdə də özünüzün hazırlaya biləcəyiniz bir pasta.Bundan əvvəlki postumda Ev şəraitində sugaring necə hazırlanır? postumda resepti qeyd etmişəm. Tükləri kökündə qoparır,dəriyə peeling effekti verir,ağardır .Tüklərin çıxma müddəti 2\4 həftə arasında dəyişir.
Tük tökən krem
Son zamanlar bütün markalar bu kimi kremlər istehsal edirlər. Jiletdən heç bir fərqi yoxdu. Eyni effekti. Hətta çox tünd və pis iyisi var. Allergik reaksiya verməsi də çox yüksəkdi. Tüklərin çıxma müddəti 3 gündür.
Lazer
Son dövrlərimizin dəbi. Qiymətcə digərlərinə nisbətən daha yüksəkdi qiyməti. Təsiri var. Sadəcə düzgün aparat seçmək lazımdır. Lazer bir başa tükün kökünə təsir edən vasitədir. İkinci seansdan sonra tüklərdə 60-70% azalma olur. Çıxma müddəti isə 1,5-2 aydır. Bir neçə seansdan sonra tam azalır və çıxmır. Diqqət!! Üzdə tük mütəmadi olaraq çıxır. Lazer sadəcə gec çıxmasını təmin edir.
Hiç yorum yok