en asan maskalar
make up
makyaj
makyaj istifadesi
makyaj sungeri
makyaj xetalari
maska
maskalar
Makyaj süngərini istifadə edərkən yol verilən xətalar.
Gündəlik makyajda hər kəs makyaj süngərlərindən istifadə edir. Bəs bunları istifadə edərkən nə kimi xətalara yol veririk. Buyurun oxuyun.
Quru istifadə etmək:
Quru istifadə etdiyimiz makyaj süngəri bb kremi,tonal kremi daha çox canına çəkir. Belə olduqda tonal kreminiz üzünüzdən çox süngərin üstündə qalır. Buna görə əvvəlcə makyaj süngərinizi isladın ,sıxıb daha sonra istifadə edin.
Tonal kremi bir başa süngərə tökmək:
Üzünüzə istifadə edəcəyiniz tonalı birbaşa süngərin üstünə tökmək əvəzinə,əlinizin üstünə tökün və süngərin geniş tərəfi ilə buradan alıb üzünüzə çəkin. Beləliklə, makyaj süngərinin daha az tonal krem istifadə etməsinə köməkçi olarsız.
Sadəcə tonal krem üçün istifadə etmək:
Makyaj süngərinizi sadəcə tonal krem üçün deyil eyni zamanda krem və jel formasında ənlik,aydınladıcı kimi kosmetik vasitələrdə də istifadə etmək olar.
Təmizləmədən istifadə etmək:
Təmizləmədən makyaj çantanıza qoyduğunuz makyaj süngərinin içində bakteriya əmələ gəlməyə başlayır və bu da dəriniz də sızanaq kimi dəri problemləri əmələ gəlir. Buna görə makyaj süngərinizi hər istifadədən sonra su ilə yuyun və sıxdığınız da təmiz su gələnə kimi yuyun.
Hiç yorum yok