5 Asan Maska


1.Sızanaqlara qarşı


Eyni nisbətdə götürülmüş banan və bal. Onları qarışdırıb püre halına gətiririk. Bir nöqtəyəvə bütün sifətə çəkilə bilər. Sink və C vitamini maskanın tərkibində olduğu üçün ltihabı aradan qaldırır və qızarmanı azaldır. Maska üzdə 15 dəqiqə saxlanılır və daha sonra ilıq su ilə yuyulur.


2.Yıpranmış saçlar üçün 

Zeytun yağı maskası
  5 x\q zeytun yağı
 2 yumurta
 Ləçək

Hazırlanması
 Zeytun yağı və yumurtaları qarışdırıb saça yaxşıca tətbiq edin. Daha sonra saçlarınızı ləçəklə, ya da streç-lə örtün. 15 dəqiqə gözlətdikdən sonra ilıq su ilə yuyun.


3.Saçın dərindən təmizlənməsı

 1 fincan təzə sıxılmış limon suyu və ya sirkə
 Hazırlanması
 Saçlarınızı şampunla yuduqdan sonra bir fincan limon suyu və ya sirkəni saçlarınıza töküb, masaj edərək yaxşıca yedirin.Sonra saçlarınızı yaxalayın. Saç kremi sürtün və yuyun. Bu, saç bütün çirki alar  və saçlarınıza gözəl parlaqlıq verər. Bu üsulu 2 həftədən tez təkrar etməyin.

4.Dərini qidalanıran maska


Materiallar: 1 yumurta sarısı, 1 çay qaşığı bal, 1 xörək qaşığı zeytun yağı, 1 çay qaşığı qaymaq, 10 damcı portağal suyu, şabalıd unu.

Hazırlanışı: Bütün vəsaitləri qarışdırın və püre halına gətirin. Üzünüzə və boynunuza tətbiq edin. 20 dəqiqə gözləyin və yuyun.


5.Sızanaq ləkələrinə qarşı-Pomidor

Pomidorun dəriyə müxtəlif təsirləri vardır:Nəmləndirmə, sıxlaşdırma, soyma. Əgər can sıxıcı qara nöqtələr və sızanaqlardan xilas olmaq istəyirsinizsə, bir pomidoru ikiyə bölün və üzünüzə qoyun. 15 dəqiqə gözləyin və ilıq suyla təmizləyin. Nəticələri görəcəksiniz!





Hiç yorum yok

Blogger tarafından desteklenmektedir.