Yağlı dəri maskaları

         Yağlı dərilər üçün bir çox maska və yağ azaldıcı təbii reseptlər mövcuddur. Kosmetik vasitələr və dərmanlarla yanaşı edəcəyiniz təbii maskalarladərinizi istədiyiniz tipə gətirə bilərsiz. Yağlı dəri tipi adətən bədəndə olan hormonal pozğunluqla bağlı olaraq yetkinlik yaşlarında meydana cıxır.

           Yağlı dəriyə sahib olanların digər problemləri sızanaq,qara nöqtələr və akne kimi problemlərlə üzləşməkdir.


    Yağlı dəri üçün təbii vasitələr

         Yağlı dəri probleminə görə məsləhət aldığınız həkimin ilk deyəcəyi dərini müntəzəm olaraq təmizləməkdir. Yağlı dəriyə sahibsizsə dərinizi periodik  olaraq təmizləməlisiz. Soyuqsu yerinə ilıq su ilə dərini təmizləməyiniz yağlılığı azaldır və dərini daha çox təmizləyir.

      Dərinizi təmizliyəkən spirtli vasitələrdən uzaq durun. 
 
      Aşağıda dərinizi təmizliyə biləcəyiniz təbii vasitələrin reseptləri var:

    1.Soyuq süd yağlı dərilər üçün ideal təmizləyicidir. Gündə bir neçə dəfə üzünüzü süd ilə təmizliyə bilərsiz.

    2.Yağlı dəri üçün təbii maska istəyirsizsə təbii gil,bal,limon suyu və yumurta ağını yaxşıca qarışdırın. 20 dəqiqə ərzində üzünüz də saxlayın. Daha sonra ilıq su ilə yuyun.

   3. Təbii pomidor püresi dərini təmizləyir və poraları sıxlaşdırır. Makyajdan əvvəl bu maskanı etməyiniz daha uyğundur.

  4.Yağlı dəri üçün ən bilinən maska qatıq və təbii gildir. Qarışdırıb 20 dəqiqə ərzində üzünüzə çəkin sonrasında ilıq su ilə yuyun.

 5. Qarğıdalı nişastası və suyu məcun halına gələnə kimi qarışdırın. Üzünüzə 10 dəqiqə ərzində ovalayaraq çəkin. Quruduqdan sonra soyuq su ilə yuyun.


Hiç yorum yok

Blogger tarafından desteklenmektedir.